PDF Oxu

İqtisadiyyat

  • 1 082

Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

Azərbaycan enerji sisteminin mövcud ən böyük və ən yüksəkgərginlikli ötürmə xətlərindən birinin tikintisinə start verilib.“AzərEnerji”dən SİA-ya bildirilib ki, “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi-AZURE” layihəsinin ikinci mərhələsi çərçivəsində Mingəçevirdən Nəvahi istiqamətində 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsinə başlanılıb.Ölkənin mövcud ən yüksək gərginlik sinfi üzrə inşa edilən 500 kilovoltluq bu xətt, enerji sisteminin ötürmə imkanlarının genişləndirilməsi, yeni yaradılan bərpaolunan enerji mənbələrinin təhlükəsiz və etibarlı şəkildə vahid enerjisistemə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Layihə, eyni zamanda, Azərbaycanın qərb, mərkəz və şərq regionlarını əhatə edən 500 kilovoltluq dairəvi enerji sxeminin formalaşdırılmasını, enerjinin uzaq məsafələrə daha az itki ilə ötürülməsini təmin edəcək. Bununla yanaşı, enerji sistemində tezlik və güc balansının tənzimlənməsi, enerji axınlarının çevik idarə olunması imkanlarını genişləndirəcək.Qeyd edək ki, AZURE layihəsinin birinci mərhələsi çərçivəsində bu günədək mühüm infrastruktur işləri həyata keçirilib. “AzərEnerji”nin daxili imkanları və bir hissəsi də dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkənin ən böyük yarımstansiyalarından biri olan - yeni 500/300 kilovoltluq “Nəvahi Yaşıl Enerji Qovşağının” tikintisi başa çatdırılıb. Eləcə də ümumi uzunluğu 245 kilometrdən artıq olan Nəvahidən Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” Günəş elektrik stansiyalarına isə 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi yekunlaşıb. Nəticədə, hər iki Günəş elektrik stansiyasının ölkənin vahid enerji sisteminə qoşulması üçün zəruri infrastruktur yaradılıb və bu istiqamətdə nəzərdə tutulan öhdəliklər yerinə yetirilib.AZURE layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyə dəstəyi çərçivəsində “Nəvahi Yaşıl Enerji Qovşağı”nın transformator və reaktorlarla təchiz edilməsi, Nəvahiyə Mingəçevir istiqamətində 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərində isə 330 kilovoltluq yeni ötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq 500 kilovoltluq Mingəçevir–Nəvahi xəttinin tikintisinə başlanılıb. 330 kilovoltluq 3 ötürmə xəttinin inşasına isə yaxın vaxtlarda start veriləcək.Beləliklə, AZURE layihəsi Azərbaycanın bərpaolunan enerji potensialının reallaşdırılmasına, yüksəkgərginlikli ötürücü infrastrukturun inkişafına və ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Digər xəbərlər

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...

Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib
Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...