Mədəniyyət və təhsil hər bir dövlətin inkişafında, cəmiyyətin formalaşmasında və xalqlar arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayan əsas sahələrdəndir. Bu iki istiqamət bir-biri ilə sıx bağlı olmaqla yanaşı, qarşılıqlı şəkildə bir-birini tamamlayır. Mədəni əlaqələrin inkişafı təhsil sahəsində əməkdaşlığa yeni imkanlar açır, təhsil əlaqələrinin genişlənməsi isə xalqların bir-birinin tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini və mədəni irsini daha yaxından tanımasına şərait yaradır. Məhz buna görə də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq dövlətlərarası münasibətlərin humanitar əsaslarını gücləndirən mühüm amillərdən hesab olunur.
Müasir dünyada dövlətlər arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlərin davamlı və səmərəli olması üçün xalqlar arasında qarşılıqlı etimadın, hörmətin və anlaşmanın mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət və təhsil isə bu dəyərlərin formalaşmasında əvəzsiz vasitədir. Müxtəlif ölkələrin nümayəndələrinin mədəni tədbirlərdə iştirakı, tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, elmi konfransların, sərgilərin və festivalların təşkili qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edir.
Azərbaycan tarixən zəngin mədəni irsə, qədim dövlətçilik ənənələrinə və yüksək humanist dəyərlərə malik ölkə kimi tanınıb. Xalqımızın milli-mənəvi dəyərləri, musiqisi, ədəbiyyatı, incəsənəti və adət-ənənələri ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır. Azərbaycan mədəniyyətinin dünyada təbliği, digər xalqların mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılması qarşılıqlı mədəni dialoqun inkişafına böyük töhfə verir.
Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində humanitar əlaqələrin genişləndirilməsi də mühüm yer tutur. Müxtəlif dövlətlərlə qurulan dostluq və tərəfdaşlıq münasibətləri mədəniyyət və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə imkan yaradır. Bu əməkdaşlıq çərçivəsində universitetlər arasında əlaqələr qurulur, tələbə mübadiləsi proqramları genişləndirilir, müəllim və tədqiqatçıların birgə fəaliyyəti üçün əlverişli şərait yaradılır. Belə təşəbbüslər gənc nəslin dünyagörüşünün zənginləşməsinə, müasir biliklərə yiyələnməsinə və beynəlxalq təcrübədən faydalanmasına kömək edir.
Təhsil əlaqələri mədəni əməkdaşlığın daha geniş miqyasda inkişafına da təkan verir. Xarici ölkələrdə təhsil alan gənclər həmin ölkələrin dilini, tarixini, mədəniyyətini və ictimai həyatını daha yaxından öyrənirlər. Eyni zamanda, ölkəmizdə təhsil alan xarici tələbələr Azərbaycan xalqının qonaqpərvərliyi, tolerantlığı və milli-mənəvi dəyərləri ilə tanış olurlar. Bu proses xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaranmasına xidmət edir.
Mədəniyyət sahəsində əməkdaşlıq yalnız incəsənət tədbirləri ilə məhdudlaşmır. Tarixi abidələrin qorunması, muzeylər və kitabxanalar arasında əlaqələrin yaradılması, kino və teatr sahəsində birgə layihələrin həyata keçirilməsi də bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu cür fəaliyyətlər xalqların ortaq dəyərlərini üzə çıxarır, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirir.
Xüsusilə gənclərin mədəniyyət və təhsil mübadiləsində iştirakı böyük əhəmiyyət daşıyır. Çünki gələcəyin inkişaf etmiş cəmiyyətini formalaşdıran əsas qüvvə savadlı, geniş dünyagörüşlü, milli dəyərlərinə bağlı və müasir düşüncəli gənclərdir. Gənclər müxtəlif ölkələrin təcrübəsini öyrənməklə yanaşı, öz milli kimliklərini və mədəni irslərini də beynəlxalq səviyyədə tanıtmaq imkanı əldə edirlər. Bu baxımdan, təhsil və mədəniyyət sahəsində birgə təşəbbüslərin artırılması gələcək nəsillər arasında dostluq körpülərinin qurulmasına xidmət edir.
Qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamlaması dövlətlərarası münasibətlərin daha möhkəm və davamlı olmasına şərait yaradır. Mədəniyyət insanları bir araya gətirir, təhsil isə onları bilik, təcrübə və ortaq inkişaf məqsədləri ətrafında birləşdirir. Bu iki sahənin vəhdəti həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Mədəniyyət və təhsil əlaqələrinin inkişafı yalnız bu sahələrin tərəqqisi deyil, həm də xalqlar arasında sülhün, dostluğun və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq humanitar əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mədəniyyət və təhsilin bir-birini tamamlaması gələcək nəsillər üçün geniş imkanlar yaradır, dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Bu əməkdaşlıq nə qədər genişlənərsə, xalqlar arasında dostluq və həmrəylik əlaqələri də bir o qədər güclənər.
İlahə Məmmədova
YAP Ordubad rayon təşkilatının fəalı