Azərbaycanla Beynəlxalq Dəniz Təşkilatı arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşdə baş tutub.
"Görüşdə əməkdaşlıq məsələlərini, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işləri müzakirə etdik. Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsini də nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…
Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...
Problem neft emalının gücündədir…
Belarus əsas xarici təchizatçı oldu...
Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...
Qara dəniz limanlarının bağlanması səbəbindən...
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...