PDF Oxu

İqtisadiyyat

  • 3 752

Türkiyənin ixracatı iki ayda 42 milyard dollara yaxınlaşıb

image

Bu ilin ilk iki ayında Türkiyənin ixrac həcmi 41,9 milyard dollara çatıb ki, bu da 2024-cü ilin yanvar-fevral göstəricisindən 2,1 faiz çoxdur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat fevralın 4-də Ankarada keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, məhz fevral ayında Türkiyə 20,8 milyard dollarlıq məhsul ixrac edib ki, bu da "Ankaranın iqtisadi proqramının müsbət nəticəsidir".

O, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə Türkiyə məhsullarının tədarükünün artmasını xüsusilə qeyd edib. "Bu ilin yanvar-fevral aylarında TDT ölkələrinə tədarük edilən Türkiyə məhsullarının həcmi 9,2 faiz artıb ki, bu da çox sevindirici haldır", - deyə türkiyəli nazir bildirib.

Ticarət naziri daha sonra azalan inflyasiya və işsizlik göstəricilərinə diqqət çəkib. "Bu ilin yanvar ayında Türkiyədə işsizlik 8,4 faizə düşüb ki, bu da 2013-cü ildən bəri ən yüksək məşğulluq səviyyəsidir. Bununla yanaşı, fevralda ölkədə inflyasiya son 20 ayın minimumu olan 39,05 faizə düşüb", - deyə nazir qeyd edib.

Ö.Bolat dünya bazarlarındakı vəziyyəti də şərh edərək bildirib ki, ABŞ administrasiyasının Çin, Avropa İttifaqı ölkələri, Kanada və Meksika üçün əlavə rüsumlar tətbiq etmək qərarı "ticarət müharibələrini" gücləndirir və qlobal ticarətdə qeyri-müəyyənliyə gətirib çıxarır.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...