PDF Oxu

İqtisadiyyat

  • 4 822

Azərbaycanda sahibkarların 23 %-i qadınlardır

image

Azərbaycanda sahibkarların 23 %-ə yaxınını qadınlar təşkil edir. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.Bildirilib ki, əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Bu yaxınlarda Gəncə şəhərində qadın sahibkar tərəfindən məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil müəssisəsi Gəncə şəhəri ilə yanaşı, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində də fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib.Belə ki, sahibkara biznesin qurulması üçün sənədləşdirmə, dövlət qurumları ilə əlaqələndirmə və biznesin inkişafı üzrə digər istiqamətlərdə Agentlik tərəfindən dəstək göstərilib. Hazırda məktəbəqədər təhsil müəssisəsinin bütün filialları üzrə ümumilikdə 40-dan çox işçi çalışır. Bununla da qadın sahibkar digər qadınların da məşğulluğa cəlb olunmasına öz dəstəyini göstərir. Gələcəkdə işçi sayının artırılması, eləcə də fəaliyyətin digər bölgələrdə də təşkili istiqamətində qadın sahibkar tərəfindən tədbirlər görülür.Qeyd edək ki, KOBİA öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üzrə qadınlara dəstək göstərir. Təkcə 2024-cü ildə 4 mindən çox qadın sahibkar Agentliyin biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib. Almaniyada beynəlxalq ixstisasartırma proqramından 10-dan çox qadın sahibkar və menecer yararlanıb.Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. 2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir.

Digər xəbərlər

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...