PDF Oxu

İqtisadiyyat

  • 495

Azərbaycandan Hindistana neft ixracı artıb - MƏLUMAT

Azərbaycandan Hindistana neft ixracı artıb - MƏLUMAT

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 830 min 049,03 ton xam neft ixrac edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 666 milyon 532,13 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 10 ayı ilə müqayisədə 3,31 dəfə, dəyəri isə 5,3 dəfə çoxdur. Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,51% olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 161 milyon 967,27 min ABŞ dolları olan 18 milyon 392 min 916,04 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Mətləb

Digər xəbərlər