PDF Oxu

İqtisadiyyat

  • 1 173

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib

Sahibkarların vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri müzakirə olunub.SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.Məlumata görə, DVX-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının Hüquq, maliyyə və vergi konsultasiyası komissiyasının üzvləri ilə görüş keçirilib.DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vergi qanunvericiliyinin tətbiqi, kameral vergi yoxlamaları və bəyannamələrin təqdim edilməsi zamanı yaranan çətinliklər, eləcə də onların həlli yolları nəzərdən keçirilib.Assosiasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitindəki mövcud çağırışların operativ müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.Yekunda dövlət-biznes əməkdaşlığının genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi bildirilib.

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...