PDF Oxu

Dünya

  • 315

Bağdad İraq Kürdüstanından neft oğurlayan ölkələrin adını açıqlayıb

Kərkükdən İraq nefti saxta sənədlərlə İrana göndərilərkən İran nefti ilə qarışdırılır və sonra Əfqanıstana göndərilir...

Bağdad İraq Kürdüstanından neft oğurlayan ölkələrin adını açıqlayıb

...Muxtar İraq Kürdüstan bölgəsindən qaçaqmalçılıq yolu ilə gətirilən neft Əfqanıstan, İran və Türkiyə də daxil olmaqla bir sıra ölkələrə göndərilir.

SİA-nın əldə etdiyi məlumata görə, The National xəbər verir ki, bu, İraq hökumətinin araşdırmadan sonra hazırladığı kəşfiyyat hesabatına əsasəndir.

Hesabatda iddia edilir ki, Kərkükdən İraq nefti saxta sənədlərlə İrana göndərilərkən İran nefti ilə qarışdırılır və sonra Əfqanıstana göndərilir.

Hesabatda qeyd olunan ikinci marşrut Türkiyəyə aparır. Hesabatın müəllifləri qeyd ediblər ki, qaçaqmalçılar "neftin mənbəyini gizlətmək, sonradan beynəlxalq bazarlara, sərhəd əraziləri və keçid məntəqələri vasitəsilə qonşu ölkələrə ixrac etmək üçün mürəkkəb beynəlxalq əməliyyatlar" həyata keçirirlər.

Bağdad qaçaqmalçıların hərəkətlərinin ölkənin təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Bir gün əvvəl İraq Baş naziri Əli əl-Zeydi İraq Kürdüstanındakı bütün sərhəd keçid məntəqələrinin, eləcə də kürdlərin nəzarətində olan bütün neft yataqlarının ələ keçirilməsini əmr edib.

Eyni zamanda, İraq Kürdüstanı hakimiyyətinə İraq Neft Nazirliyinin təsdiqi olmadan neft ixracı icazələrinin verilməsi qadağan edilib.

Buna cavab olaraq Ərbil Bağdadı dövlətin federal prinsiplərini və muxtariyyətin konstitusiya hüquqlarını pozmaqda günahlandırdı.

Oktyabr ayında Bağdad və Tehran İran kürd müxalifət qüvvələri məsələsində razılığa gəldilər.

İran razılaşmaya uyğun olaraq, bu qrupların İraq Kürdüstanını tərk etməyə məcbur ediləcəyini, əks halda İrana təhvil veriləcəyini bildir

Əli Babayev

Digər xəbərlər

Bankada olan hörümçəklər bir-birlərini yeyirlər...
Bankada olan hörümçəklər bir-birlərini yeyirlər...

Rus generallarında yeni “razborka” dalğası başlayıb...

ABŞ, Çini Rusiyaya verdiyi dəstəyi geri götürməyə məcbur edə bilər
ABŞ, Çini Rusiyaya verdiyi dəstəyi geri götürməyə məcbur edə bilər

Vaşinqton sanksiya təzyiqlərini artırmağa hazırdır...

Kalininqrad yeni cəbhəyə çevrilə bilər
Kalininqrad yeni cəbhəyə çevrilə bilər

Polşa və Litva hərbi və sərhəd mühafizəsini gücləndirirlər...

Rusiyanı cənazə bumu bürüyüb
Rusiyanı cənazə bumu bürüyüb

Ukraynada itkiləri gizlətmək daha çətindir...

Rus ordusuna cəlb edilən braziliyalılar qarət ediliblər
Rus ordusuna cəlb edilən braziliyalılar qarət ediliblər

İşə qəbul sosial şəbəkələr vasitəsilə həyata keçirilib...

İvaşov çevrilişi və ya Rusiya hara gedir?
İvaşov çevrilişi və ya Rusiya hara gedir?

Kreml üçün təhlükə yaranıb...

Putinin ordusu gözümüzün qabağında əriyib yox olur
Putinin ordusu gözümüzün qabağında əriyib yox olur

Böyük itkilər Kremlin müqaviləli əsgərləri işə götürmək səylərini sarsıdır...

BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır
BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır

Bu region dünyada həm yeni HİV infeksiyalarının, həm də QİÇS-lə əlaqəli ölüm hallarının sayının 2010-cu illə müqayisədə artdığı yeganə region olaraq qalır...