İlon Mask ABŞ-da hər uşağa SpaceX şirkətinin iki səhmini hədiyyə etməyi planlaşdırır. O, texnologiya sektorunun güclü ictimai və siyasi nəzarət altında olduğu bir dövrdə peyk və süni intellekt bizneslərinə ictimai dəstəyi artırmağa çalışır.
Dünyanın ən varlı şəxsi səhmlərin hədiyyə ediləcəyini ABŞ-da Şükranlıq Günü ərəfəsində elan edib. Bu açıqlama SpaceX-in kosmosda məlumat mərkəzləri yaratmaq məqsədilə 1 milyon peyk yerləşdirməsinə ABŞ-ın çərşənbə günü verdiyi icazədən cəmi bir neçə saat sonra səslənib. Hədiyyənin ümumi dəyəri təxminən 18 milyard dollar qiymətləndirilir.
Mask süni intellekt sahəsində SpaceX-in rolunu genişləndirməyə çalışır. Bununla yanaşı, hesablama infrastrukturlarının sürətlə böyüməsi onların ətraf mühitə təsiri, eləcə də texnologiya milyarderlərinin iqtisadi və siyasi nüfuzu ilə bağlı narahatlıqları artırır.
Məlumat mərkəzlərinin tikintisinə qarşı çıxanlar bu ay keçirilən ABŞ aralıq seçkilərində Demokratlar üçün ən böyük dəstək qruplarından biri olub. Sinqapurun OCBC bankında sərvətlərin idarə olunması üzrə rəhbər Çez Anbu cümə axşamı bildirib ki, bu təşəbbüs “ictimaiyyətin SpaceX-in fəaliyyətində iştirakını genişləndirməyə açıq şəkildə kömək edir”.
Anbu əlavə edib ki, uşaqlara şirkətdə birbaşa iqtisadi maraq vermək süni intellekt və kosmik iqtisadiyyatın faydalarında daha geniş iştirakla bağlı güclü bir narrativ yaradır. ABŞ Federal Rabitə Komissiyası bildirib ki, süni intellekt hesablamalarına sürətlə artan tələbatı qarşılamaq üçün SpaceX-in peyk şəbəkəsi təklifini təsdiqləyib.
Astronomlar kosmosda bu cür layihələrlə bağlı uzun müddətdir narahatlıqlarını bildirirlər. Amerika Astronomiya Cəmiyyəti komissiyanın qərarından “məyus olduğunu və narahatlıq keçirdiyini” açıqlayıb.
Cəmiyyət xəbərdarlıq edib ki, təklif olunan peyk şəbəkəsi astronomiya obyektlərinə federal səviyyədə onilliklər ərzində yatırılmış vəsaitləri, eləcə də astronomların və ictimaiyyətin gecə səmasını müşahidə etmək və öyrənmək imkanlarını “əhəmiyyətli dərəcədə zəiflədə” bilər.
Mask X sosial şəbəkəsindəki paylaşımında uşaqların SpaceX-dən bir, özündən isə bir səhm alacağını bildirib. O, cümə axşamı ayrıca paylaşımında proqramı gələcək illərdə də davam etdirəcəyini deyib: “Gələn il də Amerikadakı bütün uşaqlara hər il SpaceX-in daha bir səhmini bağışlayacağam”. Mask daha əvvəl həmin gün SpaceX səhmlərinin gələn ay köçürüləcəyini bildirmişdi. “Şəxsən mənim tərəfimdən veriləcək səhm isə məhdudiyyət müddətim gələn ilin iyununda başa çatanda köçürüləcək”, — deyə Mask əlavə edib.
Lalə Mehralı
Heç bir şərt qoymadan...
Böyük itkilər Kremlin müqaviləli əsgərləri işə götürmək səylərini sarsıdır...
Solomon adalarının gözlənilməz addımı...
Bu region dünyada həm yeni HİV infeksiyalarının, həm də QİÇS-lə əlaqəli ölüm hallarının sayının 2010-cu illə müqayisədə artdığı yeganə region olaraq qalır...
Rusiya Dövlət Dumasının sədri belə bir təkliflə çıxış edib...
Yarımadada məhsulların satışı məhdudlaşdırılıb...
Kim Çen In Rusiyaya hərbi yardımı dayandırıb. Ukrayna kəşfiyyatı münaqişənin səbəbini açıqlayıb...
Putin qorxularını açıqladı..? Ekspert Kreml rəhbərinin açıqlamasına diqqət çəkib...