PDF Oxu

Siyasət

  • 1 214

"Avropa ölkələrinin Azərbaycana marağı enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlıdır" - Elman Nəsirov

"Avropa ölkələrinin Azərbaycana marağı enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlıdır" - Elman Nəsirov

Avropa ölkələrinin Azərbaycana artan marağının əsas səbəbləri enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regionda sülh prosesidir.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bugünkü plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, son dövrlərdə Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərlərində diqqətçəkən dinamika müşahidə olunur. Onun sözlərinə görə, müxtəlif ölkələrin baş nazirlərinin və xarici işlər nazirlərinin regiona, xüsusilə Azərbaycana səfərləri Avropanın ölkəmizə marağının göstəricisidir.Elman Nəsirov qeyd edib ki, bu marağın əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi siyasətidir. O vurğulayıb ki, 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac etdiyi halda, hazırda 13 Avropa ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz satışı həyata keçirir. Deputatın sözlərinə görə, Avropa ölkələri qarşıdan gələn qış mövsümündə enerji təminatının əhəmiyyətini daha aydın dərk edirlər.Deputat ikinci mühüm amil kimi Azərbaycanın nəqliyyat-logistika sahəsində atdığı addımları göstərib. O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat-strateji dialoqunun keçirilməsi və Orta Dəhlizə göstərilən diqqət bu istiqamətin strateji əhəmiyyətini təsdiqləyir.Elman Nəsirov regionda sülh prosesinin də Avropanın Azərbaycana marağını artıran amillərdən biri olduğunu diqqətə çatdırıb. Onun fikrincə, Avropa Azərbaycanın regionda sülhün təmin olunmasında mühüm rolunu anlayır və bu proses Avropanın regional siyasəti baxımından da böyük əhəmiyyət daşıyır.Deputat çıxışında Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyi, eləcə də regional kommunikasiyaların inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkəmizin beynəlxalq mövqeyini gücləndirdiyini vurğulayıb.
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər