PDF Oxu

Cəmiyyət

  • 344

Azərbaycanda turizm potensialı və dayanıqlı inkişaf perspektivləri - FOTOLAR

Azərbaycanda turizm potensialı və dayanıqlı inkişaf perspektivləri - FOTOLAR

Astara Pedaqoji Kollecində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən “Azərbaycanda turizm potensialı və dayanıqlı inkişaf perspektivləri” mövzusunda tədbir keçirildi.
Tədbirdə çıxış edən "İqtisadiyyat” FBK-nın müəllimi Aydan Əsgərova Azərbaycanın zəngin turizm potensialı, ölkəmizdə turizm sektorunun inkişaf istiqamətləri və bu sahədə görülən tədbirlərdən, Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbiəti, tarixi-mədəni irsi və milli-mənəvi dəyərlərinin ölkənin turizm imkanlarını genişləndirməsindən, ekoturizm, kənd turizmi, sağlamlıq turizmi və mədəni turizmin inkişaf perspektivlərinin regionların iqtisadi fəallığının artırılmasında, yeni iş yerlərinin yaradılmasında və yerli sahibkarlığın dəstəklənməsində mühüm rolundan danışdı. Bildirildi ki, turizm sektorunun dayanıqlı inkişafı ölkənin iqtisadi şaxələndirilməsinə, regionların sosial-iqtisadi potensialından səmərəli istifadəyə və Azərbaycanın beynəlxalq turizm məkanında tanıdılmasına geniş imkanlar yaradır.

Digər xəbərlər