PDF Oxu

İdman

  • 494

"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi

"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun matçlarından sonra həftənin oyunçusu bəlli olub.

SİA xəbər verir ki, bu ada İspaniyanın "Barselona" klubunun futbolçusu Entoni Qordon layiq görülüb.

İngiltərəli yarımmüdafiəçi ötən gün Bakı Olimpiya Stadionunda "Sabah"a qarşı keçirilən oyunda (4:1) iki qol vurub. Qordon səsvermədə "Real Madrid"dən Kilian Mbappeni, "Leypsiq"dən Antonio Nusanı və "Betis"dən Kuço Ernandesi qabaqlayıb.

Mətləb

Digər xəbərlər