PDF Oxu

İdman

  • 362

Boksçumuz Bilalhəbaşi Nəzərov 3 qat Avropa çempionu olub - FOTO

Boksçumuz Bilalhəbaşi Nəzərov 3 qat Avropa çempionu olub - FOTO

İdmançımız bu yüksək uğura bizdən çox-çox uzaqda- Xorvatiyanın Poreç şəhərində nail olub. Belə ki, burada 16-24 noyabr tarixlərində keçirilən Boks üzrə U-23 Avropa çempionatında Astarada olan boksçumuz Bilalhəbaşi Nəzərov da öz gücünü göstərib. Azərbaycan milli yığma komandasının tərkibində çıxış edən Bilalhəbaşi 50 kiloqram çəki dərəcəsində rinqə çıxaraq 4 ardıcıl parlaq qələbədən sonra qızıl medal qazanıb. Nəticədə Azərbaycan tarixində 3 qat Avropa çempionu titulunu qaznmaqla ilkə imza atıb. Əvvəllər isə 19 yaşlı boksçu 2024-cü ildə elə Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Onu da bildirək ki, U-23 Avropa çempionatında 39 ölkədən 276 boksçu yarışda iştirak edib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyini üzvü

Digər xəbərlər