18–21 noyabr 2026-cı il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kuboku keçirilib.
Beynəlxalq turnirdə iştirak edən Lənkəran idmançısı Fuad Həsənov 70 kiloqram çəki dərəcəsində uğurlu çıxış edərək iki hərəkətin cəminə 290 kiloqram (130 kiloqram, 160 kiloqram ) nəticə göstərib və yarışın bürünc medalına layiq görülüb.