PDF Oxu

Sosial

  • 478

Təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi... - FOTOLAR

Təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi... - FOTOLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, təlim nəticələrinin yaxşılaşdırılması və qarşıda duran prioritet vəzifələrin müəyyənləşdirilməsi məqsədilə Lənkəran və Lerikdə görüşlər keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanovun, müvafiq rayonlar üzrə təhsil sektorlarının müdirlərinin, sektor əməkdaşları və təhsil müəssisələrinin rəhbər heyətlərinin iştirak etdikləri görüşlərdə müzakirələr zamanı keyfiyyət fəaliyyət planının icra vəziyyəti, təhsil müəssisələrində tədrisin keyfiyyətinin monitorinqi, müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və dərsdinləmələrin təşkili məsələlərinə toxunulub. Həmçinin şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nəticələrinin yüksəldilməsi, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və məktəblərə metodiki dəstəyin göstərilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verilib.
Daha sonra IV, VI və IX siniflər üzrə ötən tədris ilinin nəticələri təhlil olunub, mövcud göstəricilər əsasında tədris prosesinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin artırılması və təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər