PDF Oxu

Sosial

  • 325

Qayıdışın Zəka izi - FOTOLAR

Qayıdışın Zəka izi - FOTOLAR

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər evinin birgə təşkilatçılığı ilə “İntellekt klub” layihəsi çərçivəsində “Qayıdışın Zəka izi” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil olunub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən bütün qəriblərini üstələyən “Crystal Haze” komandası birinci yeri qazanıb.

Qalib komanda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomuna, digər komandalar isə iştiraklarına görə təşəkkürnamələrə layiq görülüblər.

Yarışın təşkilində məqsəd gənclərin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün artırılması, eləcə də “Böyük Qayıdış”ın əhəmiyyətinin təşviq edilməsi olub.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər