PDF Oxu

Siyasət

  • 303

YAP-ın yaranmasının 34-cü ildönümü ilə əlaqədar iməclik keçirilib - FOTOLAR

YAP-ın yaranmasının 34-cü ildönümü ilə əlaqədar iməclik keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ilə əlaqədar YAP Lənkəran rayon təşkilatının inzibati binasının ərazisində iməclik təşkil olunub.

Aksiyada YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər.

İməclik zamanı inzibati binanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, 30 ədəd yeni meyvə ağacı əkilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri yumşaldılıb, onların sağlam inkişafı üçün zəruri qulluq tədbirləri həyata keçirilib. Eyni zamanda, ərazidə təmizlik işləri aparılaraq ümumi səhman yaradılıb.

İştirakçılar iməclik çərçivəsində görülən işlərə fəal şəkildə töhfə verərək yaşıllıqların artırılmasının, mövcud ağacların qorunmasının və ətraf mühitə qayğının vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə təşkil olunan iməclik ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin təşviqi, abadlıq və yaşıllaşdırma işlərinə töhfə verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İməcliyin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər