PDF Oxu

Siyasət

  • 297

Tərtərdə YAP fəallarıilə birlikdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Tərtərdə YAP fəallarıilə birlikdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönmü münasibətilə Tərtər şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP-ın könüllüləri və İƏD üzrə nümayəndələr fəal iştirak ediblər.
Aksiyada çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki: “Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü ərəfəsində keçirdiyimiz bu aksiya partiyamızın təbiətə, yaşıl gələcəyə və vətəndaşa xidmət amalının real ifadəsidir. YAP könüllüləri bu gün də olduğu kimi, hər zaman ölkəmizin inkişafına, Tərtərin abadlığına öz töhfələrini verməyə hazırdırlar. Biz inanırıq ki, Prezidentimizin müəyyən etdiyi ‘Şəhərsalma və Memarlıq İli’ çərçivəsində Tərtərdə həyata keçirilən hər bir yaşıllaşdırma və abadlıq tədbiri rayonumuzun daha da gözəlləşməsinə xidmət edəcək.”

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə öz çıxışında qeyd edib ki: “Möhtərəm Prezidentimiz tərəfindən 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan olunması şəhərlərimizin estetik görünüşünün modernləşdirilməsi və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində atılan tarixi bir addımdır. Bu il çərçivəsində keçirdiyimiz aksiyanın əsas məqsədi Tərtərin simasını daha da gözəlləşdirmək, ekoloji tarazlığı bərpa etmək və gələcək nəsillərə daha təmiz, yaşıllıqlar içində bir şəhər miras qoymaqdır. Bizim hər bir əkdiyimiz ağac həm təbiətə töhfə, həm də şəhərsalma mədəniyyətimizin tərkib hissəsidir. Tərtər hər zaman öz yaşıllığı və səliqəsi ilə seçilməli, müasir memarlıq tələbləri ilə təbiətin harmoniyasını özündə birləşdirməlidir.”
Aksiya zamanı ərazidə rayonun iqlim şəraitinə uyğun olan 120 ədəd Eldar şamı əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, küçə boyunca təmizlik işləri aparılıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcək.

Digər xəbərlər