PDF Oxu

Siyasət

  • 509

34 ilin izi ilə Zəfərə doğru! - FOTOLAR

34 ilin izi ilə Zəfərə doğru! - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə ilə “34 ilin izi ilə Zəfərə doğru!” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Kəngərli ayon Təşkilatının sədri Sevda Quluyeva çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayıb. Qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya ölkənin mürəkkəb ictimai-siyasi şəraitində xalqın sabitlik, inkişaf və güclü dövlətçilik istəyinin ifadəsi kimi meydana gəlib.
Təşkilat sədri partiyanın 34 illik fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin keçdiyi inkişaf yolundan və əldə olunan tarixi nailiyyətlərdən bəhs edib.
2026-cı il oktyabrın 2-də keçirilmiş YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin qurultaydakı çıxışında müəyyənləşdirdiyi əsas istiqamətləri diqqətə çatdırıb. Bildirilib ki, dövlətin təhlükəsizliyinin və hərbi qüdrətinin möhkəmləndirilməsi, milli birliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin olunması və ideoloji işin müasir tələblərə uyğun qurulması qarşıda duran mühüm vəzifələrdəndir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə yaradılan partiyanın ölkədə siyasi sabitliyin, milli birliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlərin Azərbaycanın qüdrətini və beynəlxalq mövqeyini daha da gücləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə Böyükdüz kənd ərazi partiya təşkilatının sədri Vaqif Babayev və partiyanın gənc üzvü Ərus Abbasova çıxış ediblər. Çıxışlarda partiyanın keçdiyi şərəfli yolun gələcək nəsillər üçün örnək olduğu və VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində hər bir üzvün fəal iştirakının vacibliyi vurğulanıb.
Daha sonra bir qrup partiya veteranı və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərman və hədiyyələrlə təltif olunub. Partiyaya yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər