Müasir dövrdə logistika iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu fikirləri ekspert Vüqar Nəsirov bildirmişdir. O qeyd edib ki, Azərbaycan əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və tranzit imkanları ilə beynəlxalq logistika sistemində mühüm rol oynayır.
Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və dəmir yolları ölkəmizin Şərqlə Qərb arasında etibarlı nəqliyyat-logistika mərkəzinə çevrilməsinə şərait yaradır.
Beynəlxalq logistikanın inkişafı yalnız yükdaşımaların artması deyil, həm də iqtisadi əlaqələrin genişlənməsi, yeni investisiyaların cəlbi və regional əməkdaşlığın güclənməsi deməkdir.
Azərbaycanın strateji hədəfi beynəlxalq nəqliyyat marşrutlarında etibarlı tərəfdaş və regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməkdir.
Özünüzü sınayın...