PDF Oxu

Siyasət

  • 346

Şəhidin xatirəsinə ehtiram - FOTO

Şəhidin xatirəsinə ehtiram - FOTO

44 günlük haqq savaşımızda Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər işğalçı erməni dığalarına qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan ər ididlərimizdən bir də Ülfət Qabil oğlu Babazadədir. Adını Vətənin şanlı səhifəsinə yazan Ülfət Lənkəran rayonundakı Daştatük kəndində boya-başa çatıb.
Şəhidin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib və əziz xatirəsinə ehtiram əlaməti olaraq önünə tər çiçəklər düzüblər.
Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemlərini öyrənib, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər