İngiltərənin "Mançester Yunayted" futbol komandası 16 yaşlı hücumçu Cey-Cey Qabrielin klubdan ayrılması ilə bağlı FIFA-ya şikayət etməyi nəzərdən keçirir.
SİA xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Premyer Liqa təmsilçisi ötən yay digər komandaların nümayəndələrinin onun icazəsi olmadan futbolçunun ətrafı ilə əlaqə saxladığından şübhələnir.
Qayda pozuntusunu təsdiqləyən sübutlar əldə olunacağı təqdirdə, məsələ FIFA-ya təqdim ediləcək.
Mətləb