Milli komandaların oyunları ərəfəsində yaranmış fasilədən istifadə edən "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama matçında üz-üzə gəliblər.
SİA xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Premyer Liqa təmsilçisinin heyətində Kennet Kalunqa, I Liqa kolllektivində isə İlham Hüseynov fərqlənib.