PDF Oxu

İdman

  • 337

Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

Futbol üzrə Belçika millisinin hücumçusu Romelu Lukaku UEFA Millətlər Liqasının Türkiyəyə qarşı keçirəcəkləri oyununda iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası məlumat yayıb.

"Fənərbaxça"nın 33 yaşlı hücumçusu zədə səbəbindən sözügedən matçı buraxacaq. Qeyd edək ki, noyabrın 12-də keçiriləcək Türkiyə - Belçika oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətləb