Misli Premyer Liqasında 10-cu tur davam edir. SİA xəbər verir ki, üçüncü oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
"Şamaxı" öz meydanında "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatlb. Beləliklə, paytaxt klubu bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Qeyd edək ki, digər komandalardan bir oyun az keçirən "Sabah" 20 xalla ikinci, "Qarabağ" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.
"Kəpəz" isə doğma divarlar arasında "İmişli"ni sınağa çəkib. Görüş "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mətləb