PDF Oxu

İdman

  • 542

"Qarabağ"ın mövsümdə ilk məğlubiyyəti

"Qarabağ"ın mövsümdə ilk məğlubiyyəti

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib. SİA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i artıq başa çatıb. Turun mərkəzi matçlarından biri "Azersun Arena"da keçirilib. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Turan Tovuz" xallarının sayını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 1 oyun az keçirən "Qarabağ" isə 19 xalla 4-cüdür.

Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edir.

Mətləb

Digər xəbərlər