PDF Oxu

İdman

  • 551

Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

SİA - nın məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyib.

09:29

Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.

1/8 finalda Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov, Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva)/Redjep Haydari (Şimali Makedoniya) cütünün qalibi ilə güləşəcək.

Bundan əlavə Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə münasibətlərə aydınlıq gətirəcək.

Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Digər xəbərlər