"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.
Bu barədə SİA-ya Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub.
Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.