PDF Oxu

İdman

  • 641

Masallı idmançısı Avropadan qızıl medalla qayıdır - FOTO

Masallı idmançısı Avropadan qızıl medalla qayıdır - FOTO

Yunanıstanın Krit adasında yerləşən Hersonissos şəhərində 8–18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatı başa çatıb. Sevindirici haldır ki, qalıblər sırasında bizim idmançımız ən yüksək nəticəyə nail olub. Belə ki, çempionatda ölkəmizi layiqincə təmsil edən Masallı şahmatçısı Nərmin Abdinova möhtəşəm uğura imza ataraq Avropa çempionu adını qazanıb.
18 yaşadək qızlar arasında mübarizə aparan Nərmin sonuncu – IX turda FIDE təmsilçisi Lizaveta Liashkeviçə qalib gələrək turnirdə maksimum nəticə əldə edib. Bir tur əvvəl çempionluğunu təmin edən istedadlı şahmatçımız 9 turda 9 qələbə qazanaraq 9 mümkün xalla bütün rəqiblərini arxada qoyub.
Beləliklə, Nərmin Abdinova Avropa çempionatında nümayiş etdirdiyi yüksək oyun ustalığı, əzmkarlıq və qətiyyət sayəsində qızıl medala layiq görülərək Avropa çempionu tituluna sahib çıxıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər