PDF Oxu

İdman

  • 539

Azərbaycan şahmatçısı Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan şahmatçısı Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Mətləb

Digər xəbərlər