14 noyabr 2026-cı il tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Sahib Yusif oğlu Şirəliyev şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun böyük məsləhətçisi Sinan Abbaslı, Memarlıq və tikinti məsələləri sektorunun müdir əvəzi Elşən Abiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar və kənd sakinləri şəhid Sahib Şirəliyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqaməti sayılır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü