PDF Oxu

Sosial

  • 341

Narkomaniya ən təhlükəli sosial bəladır - FOTO

Narkomaniya ən təhlükəli sosial bəladır - FOTO

13 noyabr 2026-cı il tarixində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin N saylı Hərbi Hissəsinin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin N saylı Hərbi Hissəsində Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev maarifləndirici tədbir çərçivəsində gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi istiqamətində söhbətlər aparmışdır.
Tədbirin əsas məqsədi gəncləri sağlam həyat tərzinə təşviq etmək, onları zərərli vərdişlərdən çəkindirmək və cəmiyyətə sağlam düşüncəli, fəal və vətənpərvər gənclər qazandırmaqdır.

Tural Əliyev,

Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər