Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “12 Noyabr – Konstitusiya Günü” nə həsr olunmuş “Hüququmuzun təməli” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbir zamanı Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilmə tarixi, dövlətçilik tariximizdə rolu, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasındakı əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının başlıca təminatıdır.
Görüş interaktiv müzakirələr şəraitində davam edib, gəncləri düşündürən suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd edək ki, görüşün təşkilində əsas məqsəd gənclərin Azərbaycan Respublikasının Konstitusiyası, hüquq və vəzifələri, eləcə də qanunun aliliyi prinsipi barədə məlumatlılığının artırılması, onlarda hüquqi düşüncə və vətəndaşlıq məsuliyyətinin formalaşdırılması olub.
Tural Əliyev,
Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi
Ruslar su, şam və qaz balonları yığırlar...