PDF Oxu

Sosial

  • 222

Rəqəmsal platforması ilə bağlı məlumatlandırma tədbiri - FOTO

Rəqəmsal platforması ilə bağlı məlumatlandırma tədbiri - FOTO

Xəzər Tibb Mərkəzində TƏBİB tərəfindən təqdim olunan MEDO rəqəmsal platforması ilə bağlı məlumatlandırma tədbiri təşkil olunub.
Tədbirdə TƏBİB-in Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinin böyük məsləhətçisi Nigar Aslanova çıxış edib. O, platformanın təyinatı, imkanları və istifadə qaydaları barədə məlumat verərkən bildirib ki, MEDO platforması həkimlərin gündəlik iş proseslərinin rəqəmsal mühitdə təşkilinə, pasiyent məlumatlarının elektron qaydada idarə olunmasına, diaqnoz və müalicə planlarının qeyd edilməsinə, eləcə də müalicə prosesinin izlənilməsinə yaxşı imkan yaradır.
Həmçinin tədbir zamanı iştirakçıları daha çox düşündürən suallar cavablandırılıb və platformanın tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər