PDF Oxu

Sosial

  • 506

Vətənin tərəqqisinə həsr olunan ömür yolu - FOTO

Vətənin tərəqqisinə həsr olunan ömür yolu - FOTO

Astara rayonunun Sərək kənd sakini, ictimai-siyasi fəaliyyəti və zəngin həyat yolu ilə seçilən ziyalı, el-obada böyük hörmət sahibi olan Əvəz Cümşüdovun 70 illik yubiley tədbiri keçirilib.
Milli Qəhrəman Yalçın Nəsirov adına Astara rayonu, Sərək kənd tam orta ümumtəhsil məktəbi üzrə Ərazi Partiya Təşkilatında təşkil olunan yubiley tədbirində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov iştirak edib.
Yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona yeni uğurlar arzulayan Həbib Cəfərov onu da bildirib ki, Əvəz Cümşüdov kimi fəal, zəhmətkeş və ictimai həyata bağlı insanların keçdiyi həyat yolu gənc nəslə nümunədir.
Tədbirdə çıxış edənlər - ərazi partiya təşkilatının sədri, Sərək kənd məktəbin direktoru Nuranə Həmidova, kənd ziyalıları Balağa İsmayılov, Xanverdi Şirinov, qocaman müəllim Xanlar Həziyev, məktəbin direktor müavini Şamil İskəndərov da Əvəz Cümşüdovu yubiley münasibətilə təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, şəxsi həyatında və ictimai fəaliyyətində davamlı uğurlar arzulayıblar.
Həmçinin çıxışlarda vurğulanıb ki, insanın ən böyük qazancı ömrü boyu əldə etdiyi hörmət, etimad və xeyirxah əməlləridir. Ə. Cümşüdov da məhz bu dəyərlərə söykənən həyat yolu keçməklə doğma obasında və onu tanıyan insanlar arasında layiqli nüfuz qazanmaqla hamı ona əsl övlad məhəbbəti bəsləyir.
Əvəz Cümşüdov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edəcəyini söyləyib.
Sonda yubilyara Yeni Azərbaycan Partiyasının təbriknaməsi və qiymətli hədiyyə təqdim edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər