Noyabr- Zəfər Günü münasibətilə Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva və kollecin bir qrup əməkdaşı 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan, Zəfər Gününə bizi qovuşduran qeyrətli oğullardan Kamran Fərəcovun, Vüsal Kazımovun, Arif Qeybiyevin, Nurlan Rəhimovun məzarlarını ziyarət edib, qəhrəmanların məzarları önünə tər güllər düzüblər.
Onlar çox sadədir...