PDF Oxu

Sosial

  • 230

Masallı güləşçilərin Moskva uğurlar - FOTO

Masallı güləşçilərin Moskva uğurlar - FOTO

Masallı güləşçiləri Moskvada keçirilən beynəlxalq turnirin qızıl və bürünc medallarını qazanıblar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan Yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
Belə ki, möhtəşəm yarışda 41 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Ağakişi Baqiyev gərgin mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 38 kiloqram çəki dərəcəsində çıxış edən Aqil Abbasov isə turnirin bürünc medalına layiq görülüb.
İdmançıların məşqçi-müəllimi Qismət Əkbərovdur.

Tural Əliyev,

Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər