Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin tarixi, xüsusilə müstəqilliyin ilk illərindən etibarən strateji və tərəfdaşlıq xarakteri daşıyır.
Bu tərəfdaşlığın hüquqi və siyasi təmərlərinin qoyulmasında 1994-cü il 23 fevral tarixli Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə mühüm tarixi sənəd kimi xüsusi yer tutur.Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələr SSRİ nin süqutundan sonra 1992-ci ilin əvvəllərində qurulmuşdur. Lakin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında və dövlətlərarası münasibətlərin institusional müstəviyə keçməsində 23 fevral 1994-cü il tarixində imzalanmış Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə həlledici rol oynamışdır.Həmin dövrdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətlərdə yeni bir era açmışdır.1994-cü ilin əvvəllərində Azərbaycan Respublikası ağır tarixi və geosiyasi sınaqlardan keçirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğal olunması, daxili və xarici çətinliklər, eyni zamanda gənc müstəqil respublikanın beynəlxalq arenada özünə etibarlı tərəfdaşlar tapması zərurəti dövrün əsas çağırışları idi. Birləşmiş Krallıq kimi qlobal siyasi çəkiyə malik olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətlə belə yüksək səviyyəli sənədin imzalanması Azərbaycanın beynəlxalq təcrid cəhdlərini qırmağa, xarici siyasətində şaxələnmə siyasətini uğurla həyata keçirməyə imkan verdi. Sənəd həmçinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə verilən mühüm siyasi dəstək təzahürü idi.Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə tərəflər arasında bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirdi.Bəyannamə iki ölkə arasında siyasi əlaqələrin müntəzəm xarakter almasına, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa hüquqi zəmin yaratdı.Sənəddə dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyi vurğulanmışdır ki, bu da Ermənistan Azərbaycan münaqişəsinin həlli baxımından prinsipial əhəmiyyət daşıyırdı.Bəyannamə ticarət, sənaye, maliyyə və xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə yol açdı. Məhz bu səfər və imzalanan sənədlər qısa müddət sonra həmin ilin sentyabrında Əsrin müqaviləsi nin Azəri Çıraq Günəşli imzalanmasında və Britaniyanın BP şirkətinin Azərbaycanın neft qaz sektoruna əsas investor kimi daxil olmasında mühüm təməl rolu oynadı.Xalqlar arasında təhsil, elm, mədəniyyət mübadilələri və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi bəyannamənin prioritet istiqamətlərindən biri kimi qeyd olunmuşdur.1994-cü ilin fevralında təməli qoyulan dostluq və tərəfdaşlıq münasibətləri illər keçdikcə daha da dərinləşmişdir. Böyük Britaniya bu gün Azərbaycanın qeyri neft sektoruna və enerji sektoruna yatırılan birbaşa xarici investisiyaların həcminə görə ən böyük tərəfdaşlardan biridir.
Siyasi müstəvidə də tərəflər arasında mütəmadi olaraq Strateji dialoq mexanizmləri həyata keçirilir. İki ölkə yaşıl enerji keçidi, təhsil sahəsində əməkdaşlıq , habelə regional təhlükəsizlik məsələləri üzrə sıx tərəfdaşlıq əlaqələrini davam etdirirlər.
Elşən Əmoyev
YAP Şərur rayon təşkilatının fəal üzvü