PDF Oxu

İdman

  • 541

Məktəbli oğlanlar arasında voleybol turniri - FOTOLAR

Məktəbli oğlanlar arasında voleybol turniri - FOTOLAR

Dağlar diyarı Lerikdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “12 Noyabr-Konstitusiya Günü” münasibətilə məktəbli oğlanlar arasında voleybol turniri keçirilib.
Rayon ümumtəhsil məktəblərinin 6 komandasının iştirakı ilə A. Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyinin idman zalında keçirilən yarış iki gün çəkib.
Yarışda I yeri V. İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın komandası , II yeri A. Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin komandası, III yeri isə Lerik rayon Ə. Məmmədov adına Mastail kənd tam orta məktəbinin komandası tutub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarina layiq görülüblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər