PDF Oxu

İdman

  • 574

UEFA “Sabah”ın futbolçusuna 2 oyunluq cəza verdi

UEFA “Sabah”ın futbolçusuna 2 oyunluq cəza verdi

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" və "Vilyarreal"la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək. SİA xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə "Vikinq"lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır. Beləliklə, mərkəz müdafiəçisi "Sabah"ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, "Sabah" noyabrın 25-də Bakıda "Barselona"nı qəbul edəcək.

Mətləb