PDF Oxu

Siyasət

  • 873

"Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas ölkədir" - Kestutis Budris

"Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas ölkədir" - Kestutis Budris

Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən, regionun enerji və nəqliyyat imkanlarının Avropa istiqamətində inkişafında mühüm rol oynayan əsas ölkələrdən biridir.SİA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, 25 il əvvəl Xəzər regionu, enerji ehtiyatları və yeni nəqliyyat marşrutları ilə bağlı akademik maraqla başladığı müşahidələr Azərbaycanın strateji əhəmiyyətini daha aydın göstərib.Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirərək malların Avropaya çatdırılmasında mühüm rol oynayır. Bu marşrutlar Avropa İttifaqına, o cümlədən Litvaya Rusiya və İrandan idxalın şaxələndirilməsi baxımından əlavə imkanlar yaradır.Kestutis Budris vurğulayıb ki, Azərbaycan güclü dövlətçiliyi, enerji təminatı, Avropa və digər tərəfdaşlarla əməkdaşlığı, eləcə də aydın strateji baxışı ilə regionun mühüm tərəfdaşına çevrilib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər