PDF Oxu

Sosial

  • 527

Korrupsiyaya qarşı mübarizə və cəmiyyətdə dürüstlük dəyərləri - FOTOLAR

Korrupsiyaya qarşı mübarizə və cəmiyyətdə dürüstlük dəyərləri - FOTOLAR

​Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKМ) Lənkəran-Astara nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Korrupsiyaya qarşı mübarizə və cəmiyyətdə dürüstlük dəyərləri" mövzusunun təbliğinə həsr olunmuş maarifləndirici tədbirdə Mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək korrupsiyanın cəmiyyətin inkişafına və şəffaflığa mənfi təsirlərindən danışdı, gənc nəslin anti-korrupsiya ruhunda tərbiyə olunmasının müstəsna əhəmiyyətini vurğuladı. O, dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən ardıcıl islahatlardan və mərkəz tərəfindən yürüdülən maarifləndirmə işlərindən söz açdı.
​Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKМ) Lənkəran-Astara nümayəndəliyinin rəhbəri Famil Məmmədov çıxış edərək, gəncləri hər bir sahədə dürüst davranış və ədalətli mövde nümayiş etdirməyə çağırdı.
​Gənclərin fəal iştirakı ilə keçən tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyininüzvü

Digər xəbərlər