PDF Oxu

Sosial

  • 510

Görülən işlər ölkə başçısının tapşırığı və ayırdığı vəsaitlər hesabına həyata keçirilir - FOTO

Görülən işlər ölkə başçısının tapşırığı və ayırdığı vəsaitlər hesabına həyata keçirilir - FOTO

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti qəbul-görüşünü rayonun ən böyük kəndi olan Kakalos sakinləri ilə keçirdib. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.
Kənd sakinləri qarşısında çıxışı zamanı icra başçısı deyib:- Sizinlə keçən görüşlərdən sonra nümayəndəlikdə olan əsas problemlər həllini tapmışdır. İndi Kakalos ərazisi ən abad nümayəndəliklərdən biridir. Daim burada yeniliklər olur, müxtəlif layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Yeni məktəb binası tikilmiş, əksər yollar təmir olunaraq asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir və yenilənmə işləri görülmüş, qazlaşma aparılmış, suötürücü kanallar qazılaraq lil və palçıqdan təmizlənmiş, internet şəbəkəsi yaradılmış, Qamışoba ərazisində yeni otellər və turizm obyektləri tikilib. Artıq Bala Şahağac və Qamışoba kəndlərində içməli su problemi həll olunub. Hər evə yeni içməli su xətləri çəkildi, bir neçə gün əvvəl, Zəfər günü ərəfəsində sizinlə birlikdə açılışında iştirak etdik. Hazırda həmin istiqamətdə daha bir böyük layihə icra olunur. Qamışoba kəndindən Pensər kəndinədək olan yol əsaslı təmir edilərək asfaltlaşdırılır.
Rayon rəhbəri çıxışının davamında onu da bildirib ki, bütün görülən işlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və sərəncamları ilə ayrılan vəsaitlər hesabınadır. Prezidentimizin cari ilin may ayında imzaladığı Sərəncamla ”Ölkədə kənd təsərrüfatı və akvakulturanın inkişafından ötrü 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı” təsdiq olunub. Rayonda Dövlət Proqramın icrasi ilə bağlı böyük işlər görülür. Belə ki, yeni sitrus və subtropik meyvə bağları, çay plantasiyaları salınır, balıqçılıq təsərrüfatları genişləndirilir, heyvandarlıq və digər sahələr inkişaf etdirilir. Kakalos kəndində də xeyli istifadəsiz qalan əkinə yararlı torpaqlar var ki, biz onları əkin dövriyyəsinə qaytarmalı, səmərəli istifadə etməliyik. Bu həm yeni iş yerlərinin açılmasına səbəb olacaq, həm də ölkədə ərzaq bolluğu yaranacaqdır. Eyni zamanda maddi imkanlarınız artacaq və rayonumuz daha da inkişaf edəcəkdir.
Sakinlər Kakalos kənd məscidinin həyətində olan sovxoz dövründən qalmış köhnə kassa binasının yararsız hala düşdüyü üçün sökülməsini, Kakalos-Kolatan yolunun və qəbiristanlığa gedən yolun qalan hissəsinin təmirini , məhəllə yolunun asfalt olunmasını , yeni asfalt olunan Qamışoba-Pensər avtomobil yolunda ara məhəllə yollarına keçidlərin daha keyfiyyətli təmir edilməsini, kənd həkim məntəqəsinə həkim və laborant verilməsini, kənddə aptek açılmasını, fərdi yaşayış evinin yanında əkdiyi ağacın yüksək gərginlikli elektrik xəttinə yaxınlaşaraq təhlükə yaratdığına görə budanmasını, kənd mədəniyyət evinin yaxınlığında yaşayan 2 ailənin zəbt edilmiş yolunun açılmasını istəyiblər. Həmçinin sakinlər möhtərəm Prezident İlham Əliyevə ölkədə olan əmin-amanlığa, sabitliyə, əhaliyə göstərdiyi diqqət və qayğıya, eləcə görülən işlərə görə minnətdarlıqlarını bildirib, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığı üçün icra başçısından razılıq ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər