PDF Oxu

Sosial

  • 435

Gender bərabərliyi: stereotipləri aşaq - FOTOLAR

Gender bərabərliyi: stereotipləri aşaq - FOTOLAR

Cənub mirvarisi Lənkəranda keçirilən “Gender bərabərliyi: stereotipləri aşaq” adlı
görüşün əsas məqsədi gənclər arasında gender bərabərliyi prinsiplərinin təbliği, qadın və kişilərin cəmiyyətin bütün sahələrində bərabər hüquq və imkanlara malik olmasının vacibliyinin vurğulanması, eləcə də gender əsaslı stereotiplərin aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması olub.
Görüş zamanı çıxış edənlər tərəfindən gender bərabərliyinin əhəmiyyəti, cəmiyyətdə bərabər imkanların təşviqi və stereotiplərin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Gənclər evinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbirin sonunda “Tarix yazanlardan gələcək quranlara” adlı sənədli film göstərilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər