PDF Oxu

Siyasət

  • 389

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşı Vusal Quliyev, şəhid ailələrinin üzvləri, qazilər, YAP veteranları, idarə və müəssisələrin rəhbər və nümayəndələri, partiyanın fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 25 Noyabr – Kəlbəcər Şəhəri Gününün tarixi və siyasi əhəmiyyətindən, Kəlbəcərin işğaldan azad olunmasının Azərbaycan tarixindəki müstəsna yerindən bəhs edib. O bildirib ki, Kəlbəcərin azadlığı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yüksək sərkərdəlik məharəti və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olub.
Sədr Həbib Misirov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın yeni tarixində şanlı səhifə açıb, Ermənistanın kapitulyasiyası ilə nəticələnən proseslərdən sonra 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilərək doğma Azərbaycanın qoynuna qaytarılıb. Bu gün Kəlbəcərin azadlığı milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz iradəsinin təcəssümüdür.
Tədbirdə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən mühüm siyasi, iqtisadi və hərbi islahatlardan, eləcə də Azərbaycanın tarixi Zəfərə aparan yolundan bəhs etdi. Adil Məmmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. O, həmçinin işğaldan azad edilmiş Kəlbəcərdə bu gün həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri, doğma yurda qayıdışın təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verdi.
Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşı Vusal Quliyev, YAP veteranı Əli Bağırov, Gənclər və idman sektorunun müdiri Musa Mamedov, Dövlət Sosial Müdafiə Fondunun Şərqi Zəngəzur Regional İdarəsinin müdiri Amil Salmanov, şəhid atası Muğan Şirinov, şəhid anası Güləndam Heydərova, Vətən müharibəsi qaziləri Elvin Hüseynov, Əliş Əhmədzadə, Kəlbəcər rayon Təhsil sektorunun məsul əməkdaşı Məftun Kamalov, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, YAP veteranları Vasif Mamedov, İlham Kazımov, Ələddin Əliyev, Kəlbəcər Sİİ-nin baş mühəndisi Xəyal Bəşirov, 55 saylı Yİİ-nin məsul əməkdaşı Aydın Qafarlı, biriniçi Qarabağ müharibəsi iştirakçısı, şayir Vuqar İsayev, YAP fəalları Aygün Əmirahova, Esetlla Əmirahova və digər çıxış edənlər Kəlbəcərin azadlığı uğrunda mübarizənin tarixi, 25 Noyabrın xalqımız üçün daşıdığı mənəvi və siyasi əhəmiyyət, eləcə də rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə də genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Doğma yurda qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin olunması, müasir sosial və iqtisadi infrastrukturun yaradılması, bölgənin inkişaf potensialının reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Kəlbəcərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, Murovdağ tunelinin inşası, Laçın–Kəlbəcər və Ağdərə–Kəlbəcər istiqamətlərində yol layihələrinin həyata keçirilməsi, elektrik enerjisi, su, qaz və rabitə infrastrukturunun bərpası, yeni yaşayış məhəllələrinin salınması, kəndlərin yenidən qurulması, yaşıl enerji layihələrinin reallaşdırılması, turizm potensialının inkişafı, İstisu sanatoriya kompleksinin yenidən qurulması və rayonun iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Çıxış edənlər bildiriliblər ki, Kəlbəcər bu gün təkcə azad edilmiş torpaq deyil, həm də Azərbaycanın Zəfərinin, milli birliyinin, dövlətçilik iradəsinin və gələcəyə inamının rəmzidir. Doğma sakinlərin öz yurdlarına qayıtması, burada yeni həyatın qurulması, şəhər və kəndlərin müasir standartlara uyğun bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələridir.
Tədbirdə çıxış edənlər Kəlbəcərin tarixi-mədəni irsinin qorunmasının, milli-mənəvi dəyərlərinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini də vurğulayıblar. Qeyd edilib ki, Kəlbəcərin dirçəlişi, inkişafı və doğma sakinlərinin əbədi məskunlaşması Azərbaycanın güclü dövlətçilik siyasətinin, milli həmrəyliyinin və Zəfər ruhunun təntənəsidir.

Tədbirin sonunda şəhid ailələrinin üzvləri, qazilər, YAP veteranları və partiyanın fəal üzvləri YAP Kəlbəcər rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.

Digər xəbərlər