PDF Oxu

Cəmiyyət

  • 592

Var-dövləti insanların sevgisi olan ziyalı - FOTOLAR

Var-dövləti insanların sevgisi olan ziyalı - FOTOLAR

Dağlar diyarı Lerikdə Natiq Xanağa oğlu Ağayev özünün təvazökarlığı, sadəliyi, alicənablığı ilə cəmiyyətdə yaxşı tanınır, böyük hörmət qazanıb. Nəciblik, xeyirxahlıq onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Ən əsası isə el-oba, ayrı-ayrı insanlarının məhəbbətini, sevgisini dünyanın bütün var-dövlətindən uca tutur. Bir sözlə, Namiq Ağayev öz doğma yurdunda gözəl həyat naminə təmiz, ülvi duyğularla yaşamağı bacarır. Yüksək zəkası, gözəl əxlaqi keyfiyyətləri həmişə gərəkli olur.
Bunlarla bərabər, Natiq Ağayev Yeni Azərbaycan Partiyasının üzvü olmaqla cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışır, insanları nəcib məqsədlərə yönəltməklə öz dövlətini, xalqını, Vətənini sevməyə səsləyir.
Natiq Ağayevin çalışdığı Lerik Peşə Məktəbində 65 illik yubileyi münasibətilə görüş keçirildi.
Görüş zamanı Lerik Peşə Məktəbinin direktoru Həmid İmanov və Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının Rayon Peşə Məktəbi üzrə ərazi partiya təşkilatının sədri, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun tədris işləri üzrə koordinatoru Namiq Bağışov Natiq müəllimi yubiley münasibətilə ürəkdən təbriklər etdilər.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin adından da yubilyara səmimi təbriklər çatdırıldı, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulandı.
Sonda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının Fəxri Fərmanı Natiq Ağayevə təqdim olundu.
Bəli, kamil insan, başqaların sevincinə sevinən, dərdinə qalanın həmişə qədir-qiyməti olub. Natiq Ağayev də xalqını, Vətənini sevən, onlar üçün yaşayıb-yaradan əsl vətəndaşdır.
Tural Əliyev,

Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər