"Memarlıq və Şəhərsalma ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Abbas Zamanov 37” ünvanında yerləşən (35 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatının iclası keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rəna Naibova iclasın gündəliyini iştirakçılara təqdim edib və çıxış üçün sözü YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahova verib.
Çıxışında YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov partiyanın dövlətçilik ideyalarına sadiqliyindən, Prezident, YAP Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurlarından və “Memarlıq və Şəhərsalma ili”nin əhəmiyyətindən danışıb, yeni seçiləcək sədrə fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası ərazi partiya təşkilatının sədri vəzifəsinə Aygün Vəliyevin namizədliyi irəli sürülüb. Namizədlik səsverməyə çıxarılaraq yekdilliklə dəstəklənib.
Beləliklə, Aygün Vəliyev Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Abbas Zamanov 37” (35 nömrəli tam orta məktəb) ünvanında fəaliyyət göstərən ərazi partiya təşkilatının sədri seçilib.
Sonda çıxış edən ərazi partiya təşkilatının yeni sədri Aygün Vəliyev göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirib, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fəal və məsuliyyətli iş aparacağını vurğulayıb.
İclas Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.