Slovakiyanın Baş prokuroru Maroş Jilinkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.SİA xəbər verir ki, Baş prokuror Kamran Əliyev Slovakiyanın Baş prokuroru Maroş Jilinkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə Kamran Əliyev Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini bildirib.2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya, Slovakiya Prezidenti Peter Pelleqrininin isə 2026-cı ilin iyulunda Azərbaycana rəsmi səfərlərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd olunub.Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın da ardıcıl olaraq genişləndiyini vurğulayıb. O, Maroş Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafındakı əhəmiyyətini diqqətə çatdırıb.Həmçinin cari ilin 22-23 iyun tarixlərində Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı əlaqələrin gücləndirilməsinə və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyi bildirilib.Maroş Jilinka göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığın inkişafına, hüquqi təcrübənin bölüşdürülməsinə və prokurorluq orqanları arasında peşəkar dialoqun təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib.Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, hüquqi dialoqun inkişafı, eləcə də prokurorluq orqanları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.Görüş çərçivəsində Azərbaycan və Slovakiya baş prokurorluqları arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin ikitərəfli əməkdaşlığın inkişafına, institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi bildirilib.Bundan başqa, Maroş Jilinka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.Sonda tərəflər Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə ediblər.Nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.