PDF Oxu

Siyasət

  • 1 077

"Yeni Konstitusiya layihəsinin ərazi iddialarını ehtiva etməməsi müsbət addımdır" - POLİTOLOQ DANIŞDI

"Yeni Konstitusiya layihəsinin ərazi iddialarını ehtiva etməməsi müsbət addımdır" - POLİTOLOQ DANIŞDI

"Ermənistanda yeni Konstitusiya layihəsinin ictimaiyyətə açıqlanması və bu istiqamətdə aparılan müzakirələr göstərir ki, Ermənistan hökuməti artıq yeni Konstitusiyanın qəbulunda maraqlıdır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, təklif olunan Konstitusiya mətninin Müstəqillik Bəyannaməsinə əsaslanmaması və Azərbaycana qarşı hər hansı ərazi iddiasını ehtiva etməməsi müsbət və mütərəqqi addım kimi qiymətləndirilə bilər:"Hesab edirəm ki, bu, Ermənistanın Azərbaycanla sülh prosesində maraqlı olduğunu göstərən mühüm amillərdən biridir. Eyni zamanda, rəsmi Bakının da bu prosesi müsbət qarşıladığını və Ermənistanın atdığı addımlara konstruktiv yanaşdığını düşünürəm.Təbii ki, Ermənistan daxilində bu prosesə qarşı çıxan revanşist qüvvələr də mövcuddur. Onlar çalışırlar ki, yeni Konstitusiya ilə bağlı referendum keçirilməsin, yaxud layihə ictimaiyyətdə narazılıq doğursun. Bununla da sülh prosesinə mane olmağa cəhd göstərirlər.Lakin hesab edirəm ki, yeni Konstitusiya layihəsi referenduma çıxarılarsa, erməni xalqının əksəriyyəti ona müsbət münasibət göstərə bilər. Ümumilikdə, bu prosesi Ermənistan-Azərbaycan münasibətlərində normallaşmaya və davamlı sülhün əldə olunmasına xidmət edən müsbət siyasi addım kimi qiymətləndirirəm".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər