PDF Oxu

İqtisadiyyat

  • 8 167

Kameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb

image

2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb.Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və yaxud 28,1 %-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və yaxud 21,4 % çoxdur.Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və yaxud 85,5 % elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manat və yaxud 14,5 %-i isə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və yaxud 62,9 %-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və yaxud 23 %-ni mənfəət vergisi, 63,6 milyon manatını və yaxud 5,4 %-ni gəlir vergisi, 15,7 milyon manatını və yaxud 1,3 %-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və yaxud 5 %-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və yaxud 2,3 %-ni isə digər vergilər təşkil edib.Ötən il kameral vergi yoxlaması üzrə 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5 % paya malik olub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...